08:22
756
Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli məsləhətləşmələr formatının gələcəkdə ABŞ-nin avropalı müttəfiqlərinin hesabına genişləndirilə biləcəyini istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Kuşner gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli məsləhətləşmələrə toxunaraq, tərəflərin məzmunlu danışıqlara fəal hazırlaşdığını vurğulayıb. O qeyd edib ki, Vaşinqton avropalı tərəfdaşlarla pərdəarxası sıx məsləhətləşmələr aparacaq və irəliləyiş əldə olunacağı təqdirdə onların birbaşa iştirakı ilə daha geniş çoxşaxəli formata keçməyə çalışacaq.
Trampın kürəkəninin sözlərinə görə, doğru danışıqlar strukturunun qurulması müharibənin dayandırılması və dayanıqlı sülhün təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir.
Məryəm Quliyeva