Rubio Tramp administrasiyasından ayrılacağı ilə bağlı şayiələri təkzib edib Dünya

Rubio Tramp administrasiyasından ayrılacağı ilə bağlı şayiələri təkzib edib

ABŞ-nin dövlət katibi Marko Rubio Qərb mediasının onun 2028-ci il prezident seçkilərində iştirak etmək üçün Donald Tramp administrasiyasını tərk edə biləcəyi ilə bağlı ehtimallarını təkzib edib.

Xalqcebhesi.az "The New York Times"a istinadən xəbər verir ki, Rubio Trampın prezidentlik müddətinin sonuna qədər onunla çalışmağı planlaşdırdığını bildirib.

Dövlət katibi bu cür iddiaların haradan qaynaqlandığını bilmədiyini qeyd edərək, hazırda yerinə yetirdiyi vəzifədən məmnun olduğunu və 2028-ci il seçkiləri ilə bağlı müzakirələri davam etdirmək niyyətində olmadığını vurğulayıb.

Məryəm Quliyeva