24 Sentyabr 18:13
25 May 2022 14:05
3 605
Son iki il çətin olub. Pandemiya səbəbindən 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2021-ci ildə postpandemiya dövrü böyük qeyri-müəyyənlik doğururdu.
“Tələblə təklif arasında natamamlıq baş verdi və sonradan indi ərzaq böhranı kimi adlandırılan problemin ilk əlamətləri formalaşmağa başladı. Proqnozlaşdırılan risk faktorlarının əksəriyyəti 2021-ci ildə baş verdi”.
Nazir bildirib ki, Azərbaycanda 2021-ci ildə nominal ifadədə ümumidaxili məhsul artıb. Onun sözlərinə görə, 2021-ci ildə ÜDM-nin real artımı 3,4 faiz proqnozlaşdırılırdı, ancaq 5.6 faiz oldu.
11:36
84
10:47
602
10:46
462