Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir İqtisadiyyat

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Son illər təkcə işğaldan azad olunmuş bölgələrimiz, sərhədyanı rayonlarımız və böyük şəhərlərimiz deyil, ümumilikdə bütün bölgələrimizdə intensiv quruculuq-abadlıq işləri geniş vüsət alıb. Prezidentin bölgələrə səfərləri də ardıcıl xarakter daşıyır. Bölgələrimizdə aparılan sürətli və keyfiyyətli işlər dövlətimizin başçısının şəxsi nəzarətində altındadır. İstər yolların tikintisi, istərsə də elektrik enerjisi, su, qaz təchizatı ilə bağlı çox böyük layihələr icra edilib. Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü aparır.

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ziyarət etdikləri “Diri Baba” türbəsi bütün Qafqazlarda nadir abidələrdəndir. Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb.
Basqal yalnız İsmayıllının və Şirvan bölgəsinin deyil, ümumilikdə ölkəmizin qədim yaşayış yerlərindən biridir. Basqal ölkəmizin qədim kəndlərindən biridir. Dövlətimizin başçısının dediyi kimi, əlbəttə, Basqalın tarixi siması qorunmalıdır lakin, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır.

Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Dövlətimizin başçısı Basqalda Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danışdı. Yalnız onu deyə bilərik ki, işğaldan azad olunmuş bölgələrimizdə istehsal edilən xalis balın ümumi çəkisi artıq ixrac mövzusunu gündəmə gətirib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik və digər fəaliyyət sahələrinin çox böyük potensialı var. Ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın götürdüyü öhtəliklərə əməl etmələrinin vacibliyini bildirib. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.

Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.
Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir.

Prezident İlham Əliyev Azərbaycan daxilində heç kəsin müstəsna hüquq tələb etmək hüququnda olmadığını da vurğuladı: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Bütün bunlar deməyə əsas verir ki, yaxın vaxtlarda azad olunmuş bütün ərazilərlə birlikdə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında da vətəndaş məmnunluğuna xidmət edən bütün zəruri infrastruktur qurulacaq, kənd təsərrüfatı inkişaf edəcək, doğma yurdlarımız öz sahiblərinə qovuşacaq!


Cavid Əliyev
Xətai rayonu, 86 №li tam orta məktəbin direktoru