“Ölkəmiz Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib” İqtisadiyyat

“Ölkəmiz Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib”

“Nəqliyyat və kommunikasiya xətlərinin və tranzit marşrutlarının diversifikasiyası və gələcək inkişafı, dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib: “Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli və beynəlxalq hüquqi müddəalardakı boşluqların və çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini və biznes fəaliyyətini daha da genişləndirəcə”.