ABŞ 2023-cü il üçün neft hasilatı proqnozunu artırıb İqtisadiyyat

ABŞ 2023-cü il üçün neft hasilatı proqnozunu artırıb

ABŞ-da 2023-cü il üçün neft hasilatı (digər maye karbohidrogenlər istisna olmaqla) üzrə gözləntilər gündəlik 12,53 milyon bareldən 12,61 milyon barrelə yüksəldilib.

Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsindən (EIA) məlumat verilib.

Proqnoz sutkada 11,89 milyon barel təşkil edən ötən ilin nəticələrindən sutkada 720 min barel çoxdur.
Bu, həmçinin 2019-cu ildə gündəlik 12,3 milyon barel müəyyən edilmiş ABŞ-ın son illik xam neft hasilatı rekordundan gündəlik 310 min barel çoxdur.

Proqnozda həmçinin 2024-cü ildə gözlənilən neft hasilatının sutkada 80 min barel artaraq 12,77 milyon barrelə yüksələcəyi qeyd edilir.