Türkiyə Azərbaycandan neft idxalını dörd dəfədən çox artırıb İqtisadiyyat

Türkiyə Azərbaycandan neft idxalını dörd dəfədən çox artırıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə təqribən 590 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 6,38 faizini təşkil edir.

Trend xəbər verir ki, bu göstərici illik hesablamada 4,3 dəfə və ya 453,278 min ton artıb.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə ixrac edilən neft və neft məhsullarının dəyəri 349,379 milyard dollar olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə beş dəfə və ya 279,767 milyon dollar çoxdur.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.