
Böyük Britaniyada səsvermə yaşı 16-ya endiriləcək
17 İyul 16:23
17 İyul 16:23
Azərbaycandan neft koksunun ixracı 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin analoji dövründəki 106 min 71 tonla müqayisədə, artaraq, 217 min 660 ton olub.
Trend bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Beləliklə, ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,05 dəfə artıb.
İxracın dəyəri 2023-cü ilin ilk 9 ayında 2022-ci ilin analoji dövründəki təqribən 32,2 milyon dollarla müqayisədə 74,8 faiz artaraq, 56,3 milyon dollara çatıb.
Qeyd edək ki, Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının həcmi 2022-ci ilin yanvar-sentyabr aylarındakı 19,5 milyon tonla müqayisədə bu ilin analoji dövründə 2,05 faiz artaraq, təqribən 19,9 milyon tona çatıb.
Hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı ötənilki 50,46 faizlə müqayisədə 45,79 faiz olub.
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.