“Aİ-nin təsiri sülh prosesini sürətləndirir”
4 Dekabr 22:53
4 Dekabr 22:53
4 Dekabr 22:51
18 İyul 08:18
1 925
The Independent” yazır ki, yaponiyalı Hokkaydo adasına ova gedən ərazidə ayı ilə bağlı xəbərdarlıqdan sonra itkin düşüb.
Nəşrin məlumatına görə, 50 yaşlı kişi çərşənbə axşamı, iyulun 16-da Hokkaydonun şimalında yoxa çıxıb. Narahat olan yaxınları kömək üçün xilasedicilərə müraciət edib.
Yerli polis və yanğınsöndürənlərin iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qan izləri və tüfəng aşkar edilib. İlkin məlumata görə, ayı ovçunu meşəyə sürükləyib.
Nəşr qeyd edir ki, bundan iki gün əvvəl əyalət hakimiyyət orqanları məskunlaşan ərazilərə gələn ayılara görə fövqəladə vəziyyət elan edib. Ovçunun itdiyi ərazidə dəyənək ayaqlı vəhşi heyvan da görünüb. Bu, bir həftə ərzində ikinci ayı hücumu hadisəsidir. Bundan əvvəl Kitakami şəhərində yırtıcı 81 yaşlı Seiko Takahaşinin evinə girərək onu parçalayıb.
Cavid
4 Dekabr 20:04
896
4 Dekabr 19:17
945
4 Dekabr 18:53
924