![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
26 İyul 18:03
2024-cü il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 221.6 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü il may ayının 1-i ilə müqayisədə 8% və ya 3 milyard 618 milyon manat çoxdur.
Bankların aktivlərinin 24 milyard 644 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 21% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44.7%-dən 50%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 7.9% artaraq 42 milyard 897.7 milyon manata, o cümlədən depozit portfeli 9.3% artaraq 35 milyard 361.1 milyon manata çatıb. Bunun 13 milyard 210 milyon manatı fiziki, 22 milyard 150.7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10.5%, şirkətlərin banklardakı vəsaitləri isə 8.5% artıb.
Bank sektorunun balans kapitalı isə 8.8% artaraq 6 milyard 323.9 milyon manat təşkil edib.