Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
18 Sentyabr 2024 13:48
5 649
Orta dəhliz Qazaxıstan ərazisindən keçməklə, yük axınının fəal artımını nümayiş etdirir.
"APA-Economics" xəbər verir ki , bu sözləri Qazaxıstanın "NurZholCompany" şirkətinin Müşahidə Şurasının həmsədri və "KazGrain" Milli İxracatçılar Assosiasiyasının rəhbəri Kanat Kobessov "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində çıxışı zamanı deyib.
O, bildirib ki, mövcud iqtisadi çətinliklərə baxmayaraq, qlobal ticarətin qarşıdakı illərdə hər il artacağı proqnozlaşdırılır:
"Son illərdə Avrasiya regionu dünya nəqliyyat sisteminin getdikcə daha əhəmiyyətli bir hissəsinə çevrilir və bu prosesdə üç əsas dəhliz mühüm rol oynayır. Şərqi Rusiyadan keçən Şimal dəhlizi geosiyasi və iqtisadi dəyişikliklər səbəbindən mövqeyini itirir. Qazaxıstan ərazisindən keçən Orta dəhliz isə əksinə, fəal artım nümayiş etdirir. İnkişafın vacib elementi həmçinin Qafqazı Mərkəzi Asiya ilə Qazaxıstan ərazisindən birləşdirən yeni formalaşan Cənub dəhlizidir. Bu infrastrukturun inkişafında dəmir yolu əlaqəsi mühüm rol oynayır, bu istiqamətdə fəal inkişaf gedir və gözlənilir ki, dəhliz yeni marşrutlarla genişləndiriləcək".
25 Oktyabr 17:37
1 218
25 Oktyabr 14:18
1 477
25 Oktyabr 14:17
1 288