

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi zamanı müəyyən edilib ki, ölkə ərazisindəki balıqçılıq təsərrüfatlarının 85%-dan çox hissəsi qeydiyyatsız fəaliyyət göstərib.
APA-nın xəbərinə görə, bu, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, balıqçılıq təsərrüfatlarının böyük hissəsinin qeydiyyatsız fəaliyyət göstərməsi həmin təsərrüfatların fəaliyyətinin ətraf mühitə təsirinin də qiymətləndirilməsini mümkünsüz edib. Bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə, eləcə də balıqçılıq təsərrüfatlarının ətrafındakı ərazilərdə torpaqların təkrar şorlaşması ilə nəticələnib.
Qeyd edilənlər Su bioresurslarının artırılması bərpası və mühafizəsi fondunun gəlir potensialının daha çox olduğunu və həmin potensialın reallaşdırılması üçün zəruri tədbirlərin eləcə də balıqçılıq təsərrüfatları üzrə daha əhatəli meliorasiya tədbirlərinin həyata keçirilməsinin vacibliyini göstərir.