Hindistan Aİ-dən silah alışını ikiqat artıra bilər Dünya

Hindistan Aİ-dən silah alışını ikiqat artıra bilər

Aİ və Hindistan Yeni Dehlinin blokdan silah alışını ikiqat artırmasını nəzərdə tutan təhlükəsizlik və müdafiə müqaviləsi imzalaya bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Antonio Kosta və Aİ xarici işlər naziri Kaja Kallas Respublika Gününü qeyd etmək üçün Hindistandadırlar. İqtisadi danışıqlarla yanaşı, Brüssel və Nyu-Dehli daha sıx hərbi əməkdaşlıq barədə razılığa gəlməyi planlaşdırırlar. Hindistan Fransanın Dassault Rafale qırıcı təyyarələri də daxil olmaqla silah alışını artırmağı planlaşdırır.

Bundan əlavə, Politico yazır ki, Hindistan Aİ-dən idxal olunan avtomobillərə tətbiq olunan gömrük rüsumlarını azalda bilər, birlik isə hind şirkətlərinə dekarbonizasiya sahəsində əlavə dəstək təklif edəcək.

Məryəm Quliyeva