11:27
511
“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri barədə ABŞ Prezidenti bəyanat verib. Səfərdə əsas məqsəd sülh prosesinin davam etdirilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov deyib.
O bildirib ki, sülh prosesinin davam etməsi üçünsə mütləq Ermənistanda Paşinyanın parlament seçkilərində qalib gəlməsinə ehtiyac var: “Görünür, ABŞ vəziyyətin nə qədər ciddi olduğunu anlayıb, müəyyən addımlar atmaq istəyir, əks halda, seçkilərdə rusiyayönümlü qüvvələrin qalib gəlmək şansı var”.
A.Səmədovun sözlərinə görə, Vensin Azərbaycana səfəri ilə bağlı əsas məqsəd təbiidir ki, strateji tərəfdaşlıq sənədinin hazırlanması ilə bağlı olacaq: “Eyni zamanda, Tramp onu da bəyan edib ki, səfər zamanı ABŞ-dən yarımkeçiricilər və hərbi texnikanın alınması məsələsi də müzakirə olunacaq. Təbiidir ki, bu, münasibətlərimizin gələcək inkişafında mühüm mərhələ olacaq”.
Röya İsrafilova
08:51
1 281
08:45
1 309
24 Yanvar 11:48
2 072