Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
“Ukraynada seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil”
Növbəti köç karvanları Xocalının Ballıca və Badara kəndlərinə çatıb - FOTO - YENİLƏNİB
Gürcüstan DTX: Nə bizim, nə də İsrailin terror təhlükəsi barədə hər hansı məlumatı olub
2 Dekabr 2024 23:49
2 471
İmişli və Biləsuvar rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, İmişli rayonu Aranlı bələdiyyəsi tərəfindən 1,25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.
Həmçinin Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən 8,59 hektar və 3,02 hektar torpaq sahəsi müsabiqəyə, eləcə də 5,8 hektar, 3,84 hektar və 3,79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.
Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahəsi üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində, Biləsuvarda yerləşən torpaq sahələri üçün müsabiqə və hərrac Cəlilabad şöbəsində dekabrın 18-də baş tutacaq.