“Yeni soyuq rəqabət..”
21 Aprel 19:45
21 Aprel 19:45
21 Aprel 19:32
21 Aprel 19:09
6 Fevral 2025 14:19
3 038
Rusiyanın "Qazprom" şirkəti fevralın 1-dən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə "Türk axını" vasitəsilə qaz tədarük etməyə başlayıb.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə SPP-nin rəhbəri Vojtech Ferencz bildirib.
Onun sözlərinə görə, aprel ayından qaz tədarükü iki dəfə artacaq. “Qazprom Export” ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.
"Biz onu (müqaviləni – red.) ləğv etmirik", - Vojtech Ferencz vurğulayıb.
Qeyd edək ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Slovakiya da bu tranzit vasitəsi ilə qaz əlırdı.
Xatırladaq ki, 1 dekabr 2024-cü il tarixindən SOCAR tərəfindən Slovakiyanın SPP şirkətinə qaz təchizatına başlanılıb. Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.
21 Aprel 17:55
1 302
21 Aprel 16:03
1 442
21 Aprel 15:18
1 351