“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
14 Sentyabr 17:37
14 Sentyabr 17:37
14 Sentyabr 14:59
14 Sentyabr 14:53
14 Sentyabr 14:14
12 Fevral 2025 10:05
3 325
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu cüzi artırıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbatı ortalama 104,14 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,04 mln. barel çoxdur.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 105,18 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 105,15 mln. barel)
Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,77 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,63 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
14 Sentyabr 10:20
1 001
14 Sentyabr 09:41
854
14 Sentyabr 08:17
889