“Bakı-Tbilisi-Ceyhan layihəsi Azərbaycan diplomatiyasının uğurudur”
Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
29 Aprel 2025 13:19
3 549
Zabuxçay su anbarının tutumu 26 milyon kubmetrdir, Laçının bir çox kəndləri, o cümlədən Qubadlı və Zəngilan rayonlarında əkin dövriyyəsinə buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur.
APA-nın xəbərinə görə, bunu Dövlət Su Agentliyi sədrinin müşaviri Etibar Məmmədov bildirib.
Etibar Məmmədov qeyd edib ki, ehtiyac duyularsa, Cəbrayıl rayonuna da suvarma üçün su verilməsi mümkündür: “Eyni zamanda dövlət başçısının tapşırığı ilə yaxın zamanlarda 91 milyon kubmetr su tutumu olacaq anbarın texniki-iqtisadi əsaslandırılması hazırlanır, layihə ərəfəsindədir. Həmin anbar da bu çay üzərində inşa olunacaq. Həmin anbar Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam üçün həm içməli, həm də suvarma su mənbəyi kimi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə bu anbardan Bakı şəhərinə su nəql edilməsi də layihənin bir hissəsidir”.
12:39
287
10:49
574
10:48
567