İraqlı və misirli alimlər "Körpü" kollektivi ilə görüşüb Dünya

İraqlı və misirli alimlər "Körpü" kollektivi ilə görüşüb

Dr.Sabah Abdullah Kərküklü və Dr.Əhməd Tarabek yenidən "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzində olublar.

Xalqcebhesi.az-ın məlumatına görə, kollektivlə yaxından tanış olan alimlər gələcəkdə birgə layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.

Mərkəzin sədri Orxan İsayev qonaqları Azərbaycanda son illərdə türkmanlarla bağlı aparılmış tədqiqatlarla tanış edib.

"Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı, dosent Səkinə Qaybalıyeva İraqda türkman folklor nümunələrinin toplanması ilə bağlı konkret təkliflərlə çıxış edib.

Cavid