Suriya Prezidenti Əhməd əl-Şara hökumətdə kadr dəyişikliyi edəcək Dünya

Suriya Prezidenti Əhməd əl-Şara hökumətdə kadr dəyişikliyi edəcək

Suriya Prezidenti Əhməd əl-Şara ərəb respublikasının hökumətində kadr dəyişiklikləri edəcək, yeni daxili işlər nazirinin təyin olunacağı gözlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.

Məlumatlara görə, daxili işlər naziri Ənas Xəttabı şərqdəki Deyr əz-Zor əyalətinin qubernatoru Ziyad Fəvvaz Ayyeş əvəzləyəcək. O, 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsini tutub və prezidentin tapşırığı ilə Dəməşq ilə kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri" arasındakı sazişin icrasına nəzarət edib.

Oktyabrın 19-da əl-Şara Bəsil Əbdül Hənnanı sənaye və ticarət naziri vəzifəsinə təyin edib. Telekanalın bildirdiyinə görə, respublika rəhbəri yaxın günlərdə iqtisadiyyat nazirini də dəyişməyi planlaşdırır, bu posta Dərviş əl-Əcalani təyin olunacaq.

Rəqəmsal texnologiyalar üzrə aparıcı suriyalı mütəxəssis olan Rəşad Ənvər Kamel isə sosial məsələlər və əmək naziri olacaq. O, bu postda 29 mart 2025-ci ildə formalaşdırılmış keçid hökumətində yeganə qadın olan və xristian azlığını təmsil edən Hind Qabvatı əvəzləyəcək.

Məryəm Quliyeva