21 Oktyabr 23:50
21 Oktyabr 23:18
08:16
511
Əfqanıstanın "İslam Əmirliyi"nin Xarici İşlər Nazirliyi və İnformasiya və Mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid, Fransada polisin dinc etirazçılara qarşı sərt və həddindən artıq güc tətbiq etdiyi vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaxın Şərq üzrə ekspert Vasili Papava deyib.
"Paris küçələrində dinc vətəndaşlara qarşı zorakı müdaxiləni əks etdirən görüntüləri dərin narahatlıqla izləyirik. Fransa hakimiyyətini təmkinli olmağa, zorakılığa son qoymağa, eləcə də öz xalqının vətəndaş hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq", – deyə Zəbihullah Mücahid bildirib.
Papava deyib ki, o, fransız rəsmilərinə onların öz tarixlərini xatırladıb və əlavə edib: “Dünyaya 1789-cu il tarixli ‘İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi’ni bəxş etmiş bir ölkənin bu gün ifadə azadlığına qarşı belə laqeyd yanaşması heyrətamizdir. Xatırladım ki, həmin Bəyannamənin birinci maddəsinə əsasən: ‘İnsanlar azad doğulur və hüquqları baxımından bərabər qalırlar’. Biz Yelisey Sarayını öz inqilabi və humanitar köklərinə qayıtmağa, həmçinin insanlara qarşı təqibləri dayandırmağa çağırırıq.”
Ekspert onu da vurğulayıb ki, Taliban həmçinin insan hüquqlarının və demokratik standartların qorunması ilə bağlı Fransaya xüsusi müşahidəçilər və monitorinq aparan şəxslər göndərməyə hazır olduğunu bildirib.
Cavid