Tramp: "Ukrayna və İranla müharibələr bitmək üzrədir" Dünya

Tramp: "Ukrayna və İranla müharibələr bitmək üzrədir"

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tezliklə tənzimlənməsi və ABŞ-nin İrana qarşı müharibəsinin başa çatması imkanından bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Mən səkkiz müharibəni və ya müharibəyə çevrilməyə yaxın olan vəziyyəti tənzimləmişəm. Biz daha ikisinin: Rusiya ilə Ukrayna arasındakı münaqişənin və İranla müharibənin başa çatmasına çox yaxınıq. Onlar bu və ya digər yolla yekunlaşacaq", - deyə o vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti Ukraynadakı münaqişənin hazırda tənzimlənməyə bəlkə də əvvəlki hər zamankından daha yaxın olduğunu bəyan etmişdi.

Məryəm Quliyeva