21 Oktyabr 23:50
21 Oktyabr 23:18
08:13
511
ABŞ son günlərdə Yaxın Şərq regionundakı bazalarında olan hərbi qulluqçularının sayını azaldır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, qoşunların çıxarılması İordaniya, Qətər və Küveytdəki bazalara şamil olunub. Bundan əlavə, oktyabrın 21-də ABŞ-nin Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinin rəhbərlərinə fəaliyyətlərini ixtisar olunmuş heyətlə davam etdirəcəkləri barədə xəbərdarlıq edilib.
"NBC News"un mənbələri amerikalı hərbçilərin və diplomatik missiya əməkdaşlarının sayının azaldılmasının fevral ayında ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl heyətin çıxarılması prosesinə bənzədiyini qeyd ediblər.
"Biz optimallaşdırma məqsədilə amerikalı hərbçiləri və resursları müntəzəm olaraq başqa yerlərə köçürürük. Biz bu yer dəyişmələrini müzakirə etmirik", - deyə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Timoti Hokins telekanala bildirib.
Məryəm Quliyeva