Çilidə zəlzələ baş verib Dünya

Çilidə zəlzələ baş verib

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.

Çilinin cənubunda baş verən 7,5 bal gücündə zəlzələ sunami xəbərdarlığına səbəb olub. Xalqcebhesi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti və fövqəladə halların qarşısının alınması xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, yeraltı təkanlar saat 8:58-də (Moskva vaxtı ilə 15:58) 10 km dərinlikdə qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
"Tsunami təhlükəsi ilə əlaqədar Maqallan bölgəsinin çimərlik ərazisinin boşaldılması tələb olunur", - məlumatda deyilir.
Aprelin 23-də İstanbulda zəlzələlərin baş verdiyi bildirilir. Ən güclünün maqnitudası 6,2 olub. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Aprelin 26-da məlum olub ki, 8367 binaya baxış zamanı onlardan 437-də ziyan aşkarlanıb. Həmin gün İstanbul yaxınlığında yeni zəlzələ baş verib. Onun maqnitudası 4,3 olub. Mənbə 7 km dərinlikdə yerləşirdi.

Məryəm