Save the Children İngiltərəni İsrailin Qəzzaya yardıma mane olmasına qarşı tədbir görməyə çağırıb Dünya

Save the Children İngiltərəni İsrailin Qəzzaya yardıma mane olmasına qarşı tədbir görməyə çağırıb

Beynəlxalq humanitar yardım təşkilatı Save the Children X hesabından açıqlamada İsrailin iki aydır Qəzzaya tam blokada tətbiq etdiyi bildirilib. Açıqlamada "Bu müddət ərzində Qəzzaya yalnız bombalar və güllələr daxil oldu. Uşaqların sağ qalması üçün yemək, paltar və çadır əvəzinə hava hücumları davam etdi”.

İsrailin humanitar yardımın qarşısını kəsməsinin beynəlxalq hüququn pozulması olduğuna diqqət çəkən açıqlamada "Humanitar yardımların ölkəyə girişini əngəlləmək qərarı dərhal ləğv edilməli və humanitar yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir. Narahatlıq ifadələri əmələ keçmədikcə mənasızdır" deyə vurğulanıb.

İngiltərə hökumətinə də ünvanlanan açıqlamada əlavə olunur: “İngiltərə hökuməti əməkdaşlığa son verməli və İsrailə bütün silah satışlarını dərhal dayandırmalı, İsrailin toxunulmazlığına son verərək bütün cinayətkarları məsuliyyətə cəlb etməli və İsrailin işğalına son qoymaq üçün addımlar atmalıdır”.