

Pakistan Cammu və Kəşmirdəki hadisə ilə bağlı şəffaf, qərəzsiz araşdırma aparmaq istəyini çox aydın şəkildə bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bunu Pakistanın informasiya və yayım naziri Attaulla Tarara deyib.
“Bu, istənilən beynəlxalq forumda, istənilən etibarlı forumda baş tuta bilər", - nazir vurğulayıb.
Qeyd edək ki, Hindistanla Pakistan arasında münasibətlər 22 apreldə Cammu və Kəşmirdə turistlərin atəşə tutulması və 26 nəfərin ölümündən sonra pisləşib. Hindistan terror aktını törədən qurumun arxasında dolayısı ilə Pakistanın durduğunu iddia edir.
İki ölkə arasında gərginlik davam edir.