

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəflərdən birini vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, hədəfin vurulması Suriya rejiminə açıq bir mesajdır:
“Druzlar üçün heç bir təhlükəyə icazə verməyəcəyik”.