"Azərbaycanın milli valyutası sabitdir"-Samir Şərifov İqtisadiyyat

"Azərbaycanın milli valyutası sabitdir"-Samir Şərifov

Çin texnoloji innovasiyalarını bölüşməyə hazırdır.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey "Sea Breeze"də I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı zamanı deyib.

O, iqtisadi qloballaşmanın mühümlüyünə işarə edərək, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Səfir xüsusilə qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqazın coğrafi mövqeyi bu iki regionun qlobal ssenarilərdə əhəmiyyətini artırır.

“Çin bütün region ölkələri ilə dostdur. Biz azad ticarəri və iqtisadi qloballaşmanı dəstəkləyirik. Bu qloballaşma inkluziv olmalı və hamı üçün faydalı olmalıdır. Çin öz texnoloji innovasiyalarını bölüşməyə hazırdır. Biz iqtisadi inkişaf üçün birgə hərəkət etməliyik”- Lu Mey vurğulayıb.

Çin səfiri Azərbaycan və Çin arasında qarşılıqlı etimadın mövcud olduğunu, iki ölkə rəhbərlərinin sayəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.

Lu Mey prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfərini, sonra isə ŞƏT sammitində iştirakını xatırladaraq, ölkələrimiz arasında dostluq münasibətinin olduğunu qeyd edib.