Yaponiya və Almaniya termonüvə sintezi sahəsində əməkdaşlıq edəcək Gündəm

Yaponiya və Almaniya termonüvə sintezi sahəsində əməkdaşlıq edəcək

Yaponiya və Almaniya termonüvə sintezi sahəsində işbirliyini inkişaf etdirmək niyyətindədir.

Xalqcebhesi.az "Nikkei" qəzetinə istinadən xəbər verir ki, bu barədə razılaşma Almaniya kansleri Fridrix Merzin oktyabrın 28-29-da Yaponiyaya planlaşdırılan səfəri zamanı əldə oluna bilər.

Gözlənildiyi kimi, əməkdaşlıq ilk növbədə Yaponiyanın "Kyoto Fusioneering", "Mitsui" və Almaniyanın "Siemens Energy" şirkətləri arasında həyata keçiriləcək. Onlar termonüvə reaktorlarının ayırdığı istiliyin elektrik enerjisinə çevrilməsi texnologiyası üzərində işləyəcəklər. "Kyoto Fusioneering" Almaniyanın "Proxima Fusion" şirkəti ilə birlikdə nüvə sintezi və hirotronlar üçün yanacaq tsikli texnologiyalarının işlənib hazırlanması ilə də məşğul olacaq.

"Nikkei" yazır ki, Merz Yaponiyaya səfəri zamanı təxminən 30 Almaniya şirkətinin nümayəndələri tərəfindən müşayiət olunacaq. Tərəflər həmçinin pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik, süni intellekt və aerokosmik sahələrdə də əməkdaşlıq etmək niyyətindədirlər.

Məryəm Quliyeva