AYİB-in Azərbaycan üzrə investisiya portfeli cüzi artıb İqtisadiyyat

AYİB-in Azərbaycan üzrə investisiya portfeli cüzi artıb

Bu il fevralın 28-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari kredit portfeli 898 mln. avroya çatıb. Bu isə son bir ayda 0,3% və ya 3 mln. avro artım deməkdir.

"APA-Economics" bu barədə AYİB-ə istinadən xəbər verir. Məlumata görə, hazırda aktiv layihələrin sayı isə 36-dır.

Qeyd olunub ki, portfelin 90%-ni (806 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (62 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 3,2% azalaraq 705 mln. avro təşkil edib. AYİB-in ölkədəki əməliyyat aktivlərinin dəyəri isə1,3 % artaraq 695 mln. avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 202 layihə çərçivəsində 3,629 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 93 %-i (3,375 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Portfelin 40 %-i özəl sektorun payına düşür.

Xatırladaq ki, 2025-ci ildə AYİB Azərbaycanda 10 layihəyə 81 mln. avro məbləğində vəsait ayırıb.