İsrail İranın Trampa qarşı sui-qəsd hazırladığı iddiası ilə bağlı ABŞ-yə məlumat ötürüb Gündəm

İsrail İranın Trampa qarşı sui-qəsd hazırladığı iddiası ilə bağlı ABŞ-yə məlumat ötürüb

İsrail hakimiyyəti guya İranda ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlandığına dair kəşfiyyat məlumatlarını ABŞ-yə təhvil verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin qənaətinə görə, bu məlumat ABŞ-nin mövqeyinin sərtləşməsinə və İranla münaqişədə gərginliyin daha da artmasına səbəb ola bilər. Nəşrdə izah olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasına qarşı hərbi əməliyyatların keçirilməsini müdafiə etməkdə davam edir, baxmayaraq ki, Tramp gərginliyin iqtisadi nəticələrindən ehtiyat edərək son vaxtlara qədər diplomatik həllin tərəfdarı olaraq qalırdı.

Məryəm Quliyeva