Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
21:21
735
“28 May” metrostansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti olaraq istismardan çıxarılacaq.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorların təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki işlər aparılır.
Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün stansiyanın digər üç eskalatoru fasiləsiz fəaliyyət göstərəcək.
Təmir işlərinin 10 iyul–1 avqust 2026-cı il tarixlərini əhatə edəcəyi bildirilib.