Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq Hadisə

Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.