Azərbaycan neftinin son ticarət qiyməti 79 dollardan yuxarı olub İqtisadiyyat

Azərbaycan neftinin son ticarət qiyməti 79 dollardan yuxarı olub

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti son ticarət sessiyasında 3 dollara yaxın ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,98 dollar və ya 3,6% ucuzlaşaraq 79,09 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,07 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.