Çin Şanxay sahillərindən "İnli-1" raketi ilə 9 peyki orbitə çıxardı
Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan getdiyini açıqlayıb
Nyu-York meri Mamdani Netanyahunu BCM-in orderi ilə həbs edə bilməyəcəyini etiraf edib
İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
9 İyul 20:50
2 233
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Ordusunun komandanı general Asim Munirlə telefon danışığı aparıb.
APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı tərəflər regionda baş verən son hadisələr və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Abbas Əraqçi ABŞ ordusunun İranın müxtəlif bölgələrinə endirdiyi zərbələri kəskin şəkildə pisləyərək, onları BMT Nizamnaməsinin pozulması və müharibənin başa çatmasına dair İslamabad Memorandumunun müddəalarının açıq şəkildə pozulması kimi qiymətləndirib.
Nazir bildirib ki, ABŞ rəsmilərinin memoranduma əməl etmədiklərini etiraf edən açıqlamaları Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərə sadiq olmadığını və müharibə siyasətini davam etdirdiyini göstərir.
Əraqçi ABŞ-ı hər hansı yeni hərbi avantüradan çəkinməyə çağırıb və vurğulayıb ki, İran xalqı və İran İslam Respublikasının Silahlı Qüvvələri ölkənin suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaqda qətiyyətlidir.