İspaniyada meşə yanğını nəticəsində 12 nəfər ölüb Dünya

İspaniyada meşə yanğını nəticəsində 12 nəfər ölüb

İspaniyanın Almeriya əyalətində iyulun 9-da başlayan meşə yanğını nəticəsində azı 12 nəfər həlak olub.

Bu barədə "El Pais" Andalusiya muxtar icmasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avtomagistralın yaxınlığında elektrik kabeli qırılıb və ehtimala görə, bu, yanğına səbəb olub. Qısa müddət sonra alov yaxınlıqdakı meşə massivinə yayılıb.

Yanğının söndürülməsinə təxminən 300 nəfər, o cümlədən fövqəladə hallar xidmətlərinin əməkdaşları və fövqəladə hallar üzrə hərbi bölmənin hərbçiləri cəlb olunub.