08:34
672
Qlobal fond bazarlarında ticarət sessiyası əsasən müsbət dinamika ilə başa çatıb.
ABŞ bazarlarında Dow Jones indeksi 139,02 bənd və ya 0,27% artaraq 52 487,41 bəndə, S&P 500 indeksi 60,93 bənd və ya 0,81% yüksələrək 7 543,64 bəndə, Nasdaq Composite indeksi 336,24 bənd və ya 1,30% bahalaşaraq 26 206,89 bəndə, NYSE Composite indeksi 86,23 bənd və ya 0,36% artaraq 23 876,84 bəndə çatıb. Kanadanın S&P/TSX Composite indeksi isə 264,65 bənd və ya 0,76% yüksələrək 35 200,45 bənd
olub.
Avropa bazarlarında Euro Stoxx 50 indeksi 79,36 bənd və ya 1,28% artaraq 6 284,27 bəndə, Almaniyanın DAX indeksi 220,82 bənd və ya 0,89% yüksələrək 25 118,27 bəndə, Fransanın CAC 40 indeksi 73,96 bənd və ya 0,90% bahalaşaraq 8 326,62 bəndə, İspaniyanın IBEX 35 indeksi 218,50 bənd və ya 1,14% artaraq 19 322,80 bəndə çatıb. Böyük Britaniyanın FTSE 100 indeksi isə 16,59 bənd və ya 0,16% azalaraq 10 472,45 bənd olub.
Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 1 199,91 bənd və ya 1,77% artaraq 68 943,76 bəndə, TOPIX indeksi 28,20 bənd və ya 0,70% yüksələrək 4 048,57 bəndə, Honq Konqun Hang Seng indeksi 455,96 bənd və ya 1,90% bahalaşaraq 24 486,14 bəndə çatıb. Çinin CSI 300 indeksi 25,02 bənd və ya 0,51% artaraq 4 901,34 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi 44,76 bənd və ya 0,51% yüksələrək 8 807,30 bəndə, MSCI AC
Asia Pacific indeksi isə 0,30 bənd və ya 0,11% artaraq 269,20 bəndə yüksəlib.
Qlobal fond bazarlarındakı yüksəlişə investorların risk iştahının artması, texnologiya sektorunda alışların güclənməsi və ABŞ iqtisadiyyatı ilə bağlı nikbin gözləntilər dəstək verib.