İran Küveytə hücum edib
12:13
11:17
728
Bu ilin yanvar-fevral Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1 260,6 min ton təşkil edib və əvvəlki ilə nisbətən 13,9% azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
“Dəniz nəqliyyatında daşınmış yüklərin 50,6%-ni neft yükləri təşkil edib”, - hesabatda qeyd olunur.
Qeyd olunur ki, hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı örən ilim müvafiq dövrünə nisbətən 16,7% azalaraq 3,5 min nəfər olub.
Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 1 777 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1 457,7 min tonunu (82%) tranzit yüklər təşkil etmişdir. 2026-cı il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 20,6 min ton olub.
Xatırladaq ki, ötən il dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 9 089,6 min ton təşkil edib və əvvəlki ilə nisbətən 5,4% artıb. Ötən il ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilə nisbətən 10,2% azalaraq 25,5 min nəfər olub.
Dəniz limanları tərəfindən 129 59,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 246,3 min tonunu və ya 79,1%-ni tranzit yüklər təşkil edib. 2026-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 441,3 min ton olub.