İran Küveytə hücum edib
12:13
11:48
616
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 0,9 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz çoxdur.
Cari ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5 min kvadratmetr təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan xarici bazarlara 17.53 min ABŞ dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətdə 26,5% çoxdur. Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə 3 229.79 min ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 0,3 faiz azdır.
Onu da bildirək ki, cari ilin yanvar ayının statistikasına görə, Azərbaycana xalçalar, əsasən, Çin, İran, Türkiyə və Özbəkistandan idxal olunub.