14:25
679
Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsi üzrə fəaliyyətlərə təxminən 785 milyon ABŞ dollarə əməliyyat xərcləri və təxminən 336 milyon dollar əsaslı xərclər çəkilib (ümumi – 1 121 milyon dollar).
Bu barədə BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
“İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon (ildə təqribən 27,1 milyard) standart kubmetrdir.
Bildirilir ki, qazma əməliyyatları 2026-cı ilin birinci rübündə “Şahdəniz Alfa” platforması SDA09 və SDA07 quyularında əlavə perforasiya işlərini tamamlayıb.
Bununla yanaşı, “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları "Şahdəniz 2" layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində “İstiqlal” qazma qurğusu qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərini, ardınca isə həmin quyuda tamamlama işlərini yerinə yetirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.