bp: Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq İqtisadiyyat

bp: Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq

Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq.

"APA-Economics" xəbər verir ki, bunu bp-nin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycanda yüksək səviyyəli texniki kadr potensialı mövcuddur və gələcək mərhələdə əsas məqsəd mühəndislərin yalnız texnologiyadan istifadə etməsi deyil, onun yaradılmasında və inkişafında iştirak etməsidir.