12:42
392
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 27-nə keçən gecə Ukrayna qüvvələrinin Rusiya ərazisindəki bir sıra obyektlərə zərbələr endirdiyini bəyan edib.
Xalqcebhesi.az -ın xəbərinə görə, Ukrayna lideri açıqlamasında bildirib ki, "Dünən gecə uzunmüddətli sanksiyalarımız Rostov bölgəsində təsirli olub. Cəbhə xəttindən təxminən 250 kilometr aralıda yerləşən ixrac terminalı vuruldu. Həmçinin Ukraynanın dövlət sərhədindən 1300 kilometr məsafədə yerləşən Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərinə də dərin zərbələr endirildi. Biz cavab addımlarımızla müharibəni Rusiyaya qaytarırıq ki, yekunda ləyaqətli sülh üçün şans yaransın".
Məryəm Quliyeva