Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 mlrd. manatı ötüb İqtisadiyyat

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 mlrd. manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 milyard 358,5 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb.