16:58
497
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə “yeddi saatlıq görüş” keçirdiyini iddia edib.
Bu barədə o, İran dövlət televiziyasına verdiyi müsahibədə danışıb.
Pezeşkian bildirib ki, görüş zamanı ölkənin bütün məsələləri, o cümlədən əhalinin dolanışığı, bazardakı vəziyyət, məşğulluq, mənzil, sanksiyalar və müdafiə barədə müzakirə aparılıb.
“Bu söhbətdə Xameneinin ən böyük tövsiyəsi birlik və həmrəylik oldu”, - İran Prezidenti vurğulayıb.