İran Xəzərdə vurulan gəmisinə görə Ukraynadan təzminat tələb edir Gündəm

İran Xəzərdə vurulan gəmisinə görə Ukraynadan təzminat tələb edir

İran Xəzər dənizində İran ticarət gəmisinə edilən hücumla bağlı Ukraynanın bəhanələrini qəbul etməyib və təzminat almaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"Biz Ukrayna tərəfinin bu insidentin qəsdsiz olması ilə bağlı iddialarından razı deyilik", — deyə o bildirib.

Diplomat qeyd edib ki, yüksəksəviyyəli Ukrayna rəsmilərinin hücum faktını etiraf etməsi Ukraynanı təzminat ödəməyə vadar edir. İmtina edildiyi təqdirdə, İran dəymiş ziyanın ödənilməsini təmin etmək üçün müstəqil şəkildə müvafiq tədbirlər görəcək.

Məryəm Quliyeva