16:16
721
İraq iyulun sonunda Bəsrə şəhəri yaxınlığında şiə xalq könüllüləri qüvvələrinin ("Əl-Həşd əş-Şaabi") qərargahının bombalanması və nəticədə azı 20 nəfərin həlak olması ilə bağlı BMT Təhlükəsizlik Şurasına xüsusi memorandum göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq hökumətinin rəsmi nümayəndəsi Heydər əl-Abudi məlumat verib.
"Baş nazir Əli əд-Zeydi ölkənin Xarici İşlər Nazirliyinə "Əl-Həşd əş-Şaabi"nin qərargahına olunan hücumun təfərrüatları və fəsadları barədə BMT TŞ-yə memorandum təqdim etməyi tapşırıb", — deyə əl-Abudi qeyd edib. O, İraq hakimiyyətinin "Bəsrə yaxınlığındakı şiə könüllülərinin mövqelərinin bombalanması barədə əvvəlcədən məlumatının olmadığını" təsdiqləyib.
Bununla yanaşı, rəsmi nümayəndə qeyd edib ki, "İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər etmək üçün daha bir dəvət alıb". Onun sözlərinə görə, yeni səfərin tarixi "hələ müəyyən olunmayıb və ölkənin XİN-i ilə müzakirə edilir".
Məryəm Quliyeva