Tramp İranla nüvə sazişi olmadan da razılaşmağa hazır olub Dünya

Tramp İranla nüvə sazişi olmadan da razılaşmağa hazır olub

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nüvə sazişi imzalanmadan başa çatmasını istisna etmirdi.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, məsləhətçiləri ilə şəxsi söhbətlərində Tramp iddia edib ki, yalnız Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasını da qələbə kimi təqdim edə bilər. Tamhüquqlu nüvə sazişindən imtina etməsini o, İranın prezidentlik müddətinin sonuna qədər proqramı bərpa etməyə vaxt tapmayacağı ilə izah edib: keçən il üç əsas nüvə obyekti məhv edilib, yeni zərbələr təhlükəsi isə kifayət qədər çəkindirici amil rolunu oynayacaq. Ağ Evin mövqeyinə yaxınlaşan aralıq seçkiləri və ABŞ-də benzinin yüksək qiyməti də təsir göstərir, deyə WSJ yazır.

Lakin nəticədə İran tərəfi ABŞ-dən milyardlarla dollar kompensasiya ödənilməsini, aktivlərin dondurulmasının ləğvini, dəniz blokadasının qaldırılmasını və Amerika qoşunlarının regiondan çıxarılmasını tələb edib. Dünən İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ şərtləri yerinə yetirənə qədər Hörmüz boğazının açılmayacağını bildirib. WSJ-nin rəyini öyrəndiyi ekspertlər qeyd edirlər ki, İran Trampın tezliklə qələbə elan etmək istəyindən istifadə edir və danışıqları qəsdən uzadır.

Məryəm Quliyeva