Çin Amerika məhsuluna 54 faizlik antidempinq rüsumu tətbiq edib Gündəm

Çin Amerika məhsuluna 54 faizlik antidempinq rüsumu tətbiq edib

Çin hakimiyyəti ABŞ və Meksikadan idxal olunan pekan fındığına yüksək antidempinq rüsumları tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.

Qəbul edilən qərarı əsaslandıran Çin Ticarət Nazirliyi bu fındıqların ÇXR-də ədalətsiz dərəcədə aşağı qiymətlərlə satıldığını bildirib və müvafiq araşdırmanın nəticələrinə istinad edib. Buna görə də avqustun 11-dən etibarən ABŞ-dən idxal edilən pekan üçün tarif 54,3 faiz, Meksikadan isə 17,8 faizdən 51,6 faizədək təşkil edəcək.

Qeyd olunur ki, nazirliyin istinad etdiyi araşdırmaya hələ keçən ilin sentyabrında başlanılıb. 2025-ci ilin martında bu fındıqlar üçün rüsum 10 faiz təşkil edirdi.

Məryəm Quliyeva