16:49
504
İran Silahlı Qüvvələri Düşmənin HHM (Hava Hücumundan Müdafiə) sistemlərindən yayınmaq üçün uçuş trayektoriyasını buraxılışdan sonra belə dəyişə bilən ballistik raketlərə malikdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi bildirib.
"Bizim raketlərin imkanları daha əvvəlki kimi sadəcə bir nöqtədən buraxılıb digər nöqtəyə düşən kimi deyil. Raketlərimiz idarə olunandır və bəziləri hətta uçuş trayektoriyasını dəyişmək — düşmənin HHM sistemləri qarşısında manevr etmək qabiliyyətinə malikdir", — deyə "Fars" agentliyi onun sözlərindən sitat gətirir. Mohebi izah edib ki, raket üçün konkret hədəf müəyyən edilsə də, uçuşun ortasında onu dəyişmək və ikinci dərəcəli hədəf təyin etmək mümkündür.
SEPAH nümayəndəsinin sözlərinə görə, müasir müharibə tərəflərin elm və süni intellekt sahəsində yarışdığı texnologiyalar müharibəsinə çevrilib və burada texnologiyaları daha qabaqcıl olan tərəf qalib gəlir.
Məryəm Quliyeva