Seutada minlərlə insan miqrasiya böhranına qarşı küçələrə axışıb Dünya

Seutada minlərlə insan miqrasiya böhranına qarşı küçələrə axışıb

İspaniyanın Seuta şəhərinin minlərlə sakini kütləvi miqrant axınından sonra muxtar şəhərdə yaranmış ağır vəziyyətə hakimiyyət orqanlarının reaksiya verməsi tələbi ilə keçirilən aksiyaya qoşulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat verib.

Məlumata görə, aksiya avqustun 9-da axşam saatlarında meydanlardan birində "Bəsdir. Seuta təslim olmur" şüarı altında keçirilib. Təşkilatçıların hesablamalarına görə, nümayişdə 10 minə yaxın insan iştirak edib, polis isə toplaşanların sayını təxminən 5 min nəfər qiymətləndirib. Aksiyaya Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivas da qoşulub.

Mitinq iştirakçıları digər tələblərlə yanaşı, İspaniyanın Baş naziri Pedro Sançesin istefaya getməsi barədə şüarlar səsləndiriblər. Mitinq zamanı oxunan bəyanatda deyilir ki, "Seuta onun imkanlarını çox aşan, bütün İspaniya və Avropaya təsir edən bu vəziyyətlə təkbaşına bacara bilməz".

Məryəm Quliyeva